“Neftçi”də “0:8” şoku davam edir - Yeni məşqçi gətirildi

"Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayevin daha bir köməkçisi müəyyənləşib.

Bu haqda klubun rəsmi saytında bildirilib. Məlumata görə, fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub.

Andrey Kolesnikov Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. O, hazırda Azərbaycan milli komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.

Qeyd edək ki, bundan əvvəl əsas komandada məşqçi vəzifəsinə İqor Getman və qapıçılar üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin edilib.

Baş məşqçinin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək./modern.az/

MediaFax