Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Şərurspor"un prezidenti Sərdar Bağırov həbs edilib.
"Futbol+” qəzeti xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.
O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.
Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə, yaxın günlərdə azadlığa buraxıla bilər.
MediaFax