6,7 kiloluq körpə doğuldu

Çinin Sian şəhərində çəkisi 6,7 kq olan körpə doğulub.

RİA Novosti xəbər verir ki, hazırda körpə və anası həkim nəzarətində saxlanılır.

Doğuşu qəbul edən mamaça bildirib ki, bu, həmin doğum evində dünyaya gələn ən ağır çəkili körpədir.

Ginnes Rekordlar kitabına əsasən, dünyada ən ağır çəkili körpə 1879-cu ildə ABŞ-da doğulub. Çəkisi 9,98 kq olan oğlan sadəcə 11 saat yaşayıb./aznews.az/

MediaFax