Daha bir gümüşümüz gəldi - Riodan

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan üzgüçüsü Roman Saley gümüş medal qazanıb
 
Arxası üstə üzmə üsul ilə yarışların finalında Roman Saley 100 metr məsafəni 1:00,91 saniyəyə qət edib.
 

Qeyd edək ki, bundan əvvəl R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında 4-cü nəticə göstərib. Ötən gün isə Romanın qardaşı Dmitri Saley 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanıb.
 
Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb./APA/

MediaFax