Sənət adamları xarici görünüşlərinə xüsusi diqqət edirlər.
Onlar gözəl və incə görünmək üçün bir çox üsullara əl atırlar. Son illər isə əməliyyatla arıqlamaq dəb halını alıb. Bədən ölçüsünü kiçiltmək üçün həkimə müraciət edənlər sırasında məşhur simalar üstünlük təşkil edir. Onlar liposaksiya və mədəkiçiltmə əməliyyatları ilə artıq çəkidən azad olurlar.
Prodüser Təranə Səmədova arıqlamaq üçün əməliyyat masasına uzanan məşhurlar sırasına qoşulub. O, liposaksiya əməliyyatı etdirərək 6 kilo çəkidən azad olub.
Liposaksiya nədir? Kimlər etdirə bilər?
Liposaksiya - qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur. Hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayılmış cərrahi üsuludur. Əgər,bədəninizin başqa yerləri ilə müqayisədə piylənmiş nahiyələr varsa, bu nahiyələrdəki piylər dieta və idman ilə getmirsə, bu nahiyədəki dərinin elastikliyi yaxşıdırsa və dəridə büzüşmələr yoxdursa (çünki liposaksiya əməliyyatında artıq dəri çıxarılmır), artıq kilolar bədən ağırlığının çox üzərində deyilsə, həm kişi, həm də qadınlara icra oluna bilən cərrahi prosesdir.
Bəs, başqa hansı məşhurlar əməliyyatla arıqlamağa üz tutub?
İncəlmək üçün bıçaq altına yatan tanınmışların siyahısını hazırladıq.
Azərbaycan incəsənətində ən çox əməliyyat olunan məşhur xalq artisti Aygün Kazımovadır. O, səhnəyə gəldiyi dövrdən dəfələrlə əməliyyat masasına uzanıb.
Xalq artisti Nisə Qasımova da arıqlamaq üçün əməliyyat olunanlardandır. O, illər öncə arıqlamaq üçün liposaksiya etdirib.
Əməkdar artist Emma Ələkbərzadə isə 18 dəfə əməliyyat masasına uzanıb: "Arıqlamaq üçün 18 dəfə əməliyyat olundum. 3 il yarıma 50 kilo arıqladım. İnsanlar var ki, bu nəticəni illərlə əldə edə bilmir. Kök olanda gündə təzyiqim 220-140-a çatırdı. Arıqladıqdan sonra isə şükür bu problemim də bitdi. Əməliyyatıma xərclədiyim pula Amerikada iki dənə yaxşı klip çəkdirərdim".
Əməkdar artist Tünzalə Əliyeva da arıqlamaq məqsədilə mədəsinin üçdə iki hissəsinı kəsdirib.
27 kiloqram çəki atan əməkdar artist Murad Dadaşov da əməliyyat olunanlar sırasındadır.
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə bir neçə gün əvvəl Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində əməliyyat keçirib. Əməliyyatla o, 10 kq artıq çəkidən azad olub./musavat.com/
MediaFax