Həmkarı ilə görüşdü - Yenilənib

11:45 
 
Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada rəsmi səfərdədir.
 
Səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
 
Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-in Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.
 
------------
14:18 
 
Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib.
 
Rusiya XİN başçısı Sergey Lavrov görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.
 
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.
 
Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
 
O bugünkü görüşdə ikitərəfli münasibətlərin səviyyəsini, beynəlxalq gündəmi müzakirə edəcəklərini söyləyib.
 
E. Məmmədyarov Rusiya və Azərbaycan XİN-ləri arasında bu il üçün əməkdaşlıq və məsləhətləşmə Planı imzalayacaqlarını da qeyd edib.
 
Görüş daha sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.
 
Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər./APA/
 
MediaFax