Çərşənbə axşamında faciə...

Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib
 
Martın 7-də saat 16 radələrində Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib.
 
Nəticədə 10 kvm. sahədə ev əşyaları yanıb.
 
Mənzil sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.
 
Araşdırma aparılır./APA/

MediaFax