Zorlanmış qadınlara görə 10 milyon dollar təzminat

Yaponiya hökuməti cinsi zorakılığa məruz qalan Cənubi Koreyalı qadınlara görə 10 milyon dollar təzminat ödəyəcək.

"Sputnik –Türkiyə” xəbər verir ki, Yaponiya hökuməti İkinci Dünya Müharibəsi zamanı yapon əsgərlərin Cənubi Koreyalı qadınlardan "seks köləsi” kimi istifadə etdiyinə görə, həmən qadınlara 9,9 milyon dollar təzminat ödəyəcək.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə,  Yapon hökumətinin ödəyəcəyi bu pul  yaxın zamanda xüsusi fonda köçürüləcək: "Pul həmin fonddan  bu gün "seks köləsi” kimi istifadə edilən və hazırda yaşayan 46 qadının hərəsinə 90 min dollar olmaqla ödəniləcək. Həyatını itirən 199 qadının ailələrinə isə 18 min dollar təzminat veriləcək”.

Uzun müddət idi ki, Tokio ilə Seul arasında cinsi zorakılığa məruz qalan koreyalı qadınlar məsələsi müzakirə olunurdu və 2015-ci ilin dekabrında bu məsələdə iki ölkə arasında razılığa gəlinib./gununsesi.info/

MediaFax