ÖZƏL: Şərifovun başı dərddə - Hacıyevə qarşı “əks-hücum” tapşırığı

Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin məhkəmədə dediyi son söz hakimiyyətdəki əksər məmurları ciddi narahat etməyə başlayıb. Bank sədri olduğu zamanlarda Hacıyevə yaxın olan məmurlar da prosessin tezliklə bitməsinə çalışırlar. Onlar da məhkəmə salonunda adlarının çəkilməsindən bərk narahatdırlar.

Azı 15 il həbs gözləyən Cahangir Hacıyev isə hələlik həbsinin sifariçisi kimi Maliyyə naziri Samir Şərifovun adını çəkərək naziri ağır ittihamlar qarşısında qoyur. Belə ki, Hacıyev bütün məhkəmə prosesslərində açıq şəkildə maliyyə naziri Samir Şərifovun adını çəkməklə onun da həbs olunmasını tələb edir. "Samir Şərifov yanımda oturmalıdır" deyən Hacıyev konkret faktlar səsləndirir və veriləcək cəzadan qorxmadığını açıq etiraf edir.

Bütün bunların fonunda nazir Samir Şərifovun qismən susması, ciddi və arqumentli cavablar verməməsi isə vəziyyətin kritik olmasınından xəbər verir. Şərifov cavab tapa bilmir, yoxsa susmaqla vaxt udmağa çalışır?

Mediafax.Az-a daxil olan məlumata görə, məhkəmədə adının çəkilməsi və ciddi faktların açıqlanması Şərifovun karyerasına ciddi ziyan vurub.

Amma bütün yaxın adamlarına Cahangir Hacıyevin fəaliyyətini ciddi araşdırmaq haqda tapşırıq verən Şərifov məhkəmə prosessinin bitməsindən sonra ikinci həmləyə hazırlaşır. Ehtimal ki, ittihamlara görə, Hacıyevi növbəti dəfə Samir Şərifov məhkəməyə verəcək. 

Lakin Hacıyevin ittihamlarının araşdırlması prosessinə də başlandığı bildirilir. Mediafax.Az-a daxil olan məlumata görə, yaxın günlərdə Hesablama Palatası maliyyə nazirliyində geniştərkibli yoxlamalara başlayacaq. Rayon maliyyə idarələrinə kimi aparılması nəzərdə tutulan yoxlamaların nazirlikdə yekunlaşacagı bildirilir. Bundan da bərk narahat olan Samir Şərifov dolanbac bir yola salınıb. Bu isə vitse-prezident olmaq üçün var gücü ilə çalışan Samir Şəriofova sərf etmir. Ehtimal ki, Şərifov nəinki vitse-prezident, ümumiyyətlə, nazir postunu itirə bilər. Hətta həbs olunması belə mümkün versiya sayıla bilər.

MediaFax