Özəl: Referendumdan sonra “məmur ovu” başlayır: bir neçə nazir, 9 icra başçısı və...

Ötən ay baş tutan referendumdan sonra ciddi siyasi-iqtisadi islahatların aparılacağı ilə bağlı atrıq müəyyən proqnozlar verilib. Bu tip məlumatların mətbuatda yer alması fonunda artıq bir neçə nazir və icra başçısının narahatlığı açıq hiss olunmaqdadır.

Yaşı 60-ı  ötmüş bu kateqoriyadan olan məmurlar yaxın ətraflarına tapşırıblar ki, atdığı addımlarda daha diqqətli olsunlar və əsasən mətbuatla  münasibətləri normallaşdırmağa çalışsınlar. 

Amma bütün bunlara baxmayaraq, yaxın günlərdə bir neçə icra başçısının səlahiyyətlərinə xitam verilməsi gözlənilir. Belə ki, Mediafax.Az-a etibarlı mənbələrdən daxil olan məlumatda qeyd olunur ki, ilkin mərhələdə Masallı, Cəlilabad, İsmayıllı, Neftçala, Lənkəran, Sabirabad, Şirvan, Hacıqabul rayonlarının və Sumqayıt şəhərinin rayonlarının icra başçıları mərhələli şəkildə dəyişdiriləcək. Siyahıya fikir versək görərik ki, bu rayonlar strateji, iqtisadi-siyasi və əhali sıxlığı baxımından daha həssas bölgələrdir. 

Bu arada redaksiyaya daxil olan məlumata görə, bütün nazir və Komitə sədrlərinin fəaliyyəti tam nəzarətə götürülüb. İki nazirin vəzifədən uzaqlaşdırılması isə daha çox diqqət mərkəzində saxlanılır.

Məlumatda qeyd olunur ki, Vergilər naziri Fazil Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və "Azal" prezidenti Cahangir Əsgərovun postdan salınması müzakirə movzusudur.

Qeyd edək ki, bu yaxınlarda "Azal" prezidenti Cahangir Əsgərovun Beynəlxalq Bankın hazırda həbsdə olan rəhbəri Cahangir Hacıyevlə yaxın biznes tərəfdaşlığı ortaya çıxıb. Ehtimal ki, Cahangir Hacıyevin məhkəməsindən sonra ona yaxın məmurların da fəaliyyəti diqqətli şəkildə incələnəcək. 

Bir sözlə, yaxın günlərdə ciddi siyasi qərarların şahidi olacagıq.

MediaFax