ÖZƏL: Kərəm Həsənovun rayondakı adamının qəbul otağı: “Giriş 500 manatdır” - ŞOK FAKTLAR

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 13 saylı Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin müdiri Lətifağa Miriyevin qanunsuz əməllər törətməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Mediafax.Az-ın əldə etdiyi məlumata görə, L.Miriyev öz fəaliyyəti dövründə onlarla sahibkarlıq obyekti, həyətyanı və əkin məqsədli torpaq sahələri ələ keçirib. O, bütün qanunsuz əməlləri həyata keçirərkən ƏMDK sədri Kərəm Həsənovun adından sui-istifadə edir, otağına qəbula düşmək istəyən vətəndaşlardan 500 manat "giriş haqqı” tələb edir, bu məbləği ödəmək istəməyənlərə qarşı kobud davranır.

Mənbə bildirir ki, haqqında dəfələrlə əlaqədar qurumlara şikayət olunan Lətifağa müəllimin əməlləri bununla bitmir: "O, "lazımi” adamların sənədini qəsdən "it-bata” salır, müəyyən məbləğ müqabilində sənədin bərpasını təklif edir. Bundan başqa, əlbir olduğu bəzi reket saytlar vasitəsilə vəzifəli adamları hədələyir, bəzilərindən pul alır, bəzilərini də yerli icra başçısı İsmayıl Vəliyevlə üz-üzə qoyur”, - deyə mənbə vurğulayır.

P.S. Mediafax.Az saytı xəbərçilik qaydalarını əsas tutaraq, qərəzliliyə yol verməmək və obyektivliyi təmin etmək məqsədilə yazıdakı faktlara münasibətdə qarşı tərəfin mövqeyini də dərc etməyə hazırdır.

MediaFax