“Zamdekan”ın maşını ağac altında qaldı - Foto

Bu gün təbii fəlakət Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Sevinc Alıyevanın "Hundai Accent” markalı avtomobilinə ciddi zərər vurub.
 
Belə ki, Sumqayıt şəhərində güclü külək əsməsi nəticəsində şam ağacı qırılaraq avtomobili üst hissəsini əzib.
 
Dekan müavini Sevinc Alıyeva saytımıza hadisə ilə bağlı bunları deyib:
 
"Güclü külək nəticəsində şam ağacı qırılıb maşını üstünə düşüb. Nəticədə maşınım üst lyuk hissəsi əzilib və qapının tutacaqları da sıradan çıxıb”.
 
S.Alıyeva bildirib ki, maşının sığortası yoxdur./modern.az/
 


MediaFax