Zabit Səmədovun 250 minlik maşını - Fotolar

Kik-boksun WBC Muay-thai üzrə dünya çempionu Zabit Səmədov Bakıda özünə yeni avtomobil alıb.
 
Onun budəfəki avtomobili "Mersedes-Gelandevagen"dir.
 
"Auto Star-Kaukasus" avtosalonu bununla bağlı məlumatı özünün "Facebook" səhifəsində yayıb. Məlumatda bildirilir ki, Azərbaycan xalqının fəxri, dünya çempionu Zabit Səmədov həmin avtosalona üstünlük verib:
 
"Şəxsiyyəti ilə bütün ürəkləri fəth edən çempiona "yolların çempionu” ilə ən çətin yolları ram etməsini arzulayırıq! "Mersedes-Benz G-Class"ınız xeyirli olsun, Mauqli!"
 
Qeyd edək ki, hazırda "Mersedes-Benz G-Classın" bu versiyasının qiyməti 220-250 min dollardır.
 
Bundan əvvəl Çeçeinstan prezidenti Ramzan Kadırov da dostu Zabit Səmədova "Mersedes S-klass" markalı avtomobil bağışlamışdı./publika.az/
 




MediaFax