Öz arvadını zorladı - Azərbaycanda

Azərbaycanda gənc oğlan öz arvadını zorlayıb.

Hadisə Qusar rayonunda baş verib.

Məlumata görə, rayon sakini 1996-ci il təvəllüdlü S.P. rayon prokuroroluğuna müraciət edərək həyat yoldaşı 1994-cü il təvəllüdlü S.M. tərəfindən işcəncələrə məruz qaldığını bildirib.

Qadın izahatında ərinin onu daim olaraq döydüyünü, zorla saçını kəsdiyini, bədənində siqaret kötüyü söndürdüyünü və onunla mütəmadi olaraq məcburən qeyri-təbii yolla cinsi əlaqədə olduğunu qeyd edib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır./report.az/

MediaFax