Yük maşını məktəbli qızı vurdu

Bakıda yük maşını 14 yaşlı məktəblini vurub.
 
Hadisə Hövsan Bağlar massivində qeydə alınıb. "KamAZ” markalı yük maşını Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Şükürlü Fatimə Sakit qızını vurub. Nəticədə F. Şükürlü ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır./APA/

MediaFax