Yolun kənarından yaralı qartal tapdı və... - Foto

Lənkəranda yerli sakinlərdən biri yolun kənarında hərəkətsiz qalmış qartal aşkarlayıb.
 
İlkin müayinədən sonra quşun yaralı olduğu müəyyənləşdirilib. Qartalın müalicəsi üçün Lənkəran Rayon Baytarlıq İdarəsinə müraciət olunub. Lakin idarənin əməkdaşları qanadı qırılmış quşa yardım edə bilməyəcəklərini bildiriblər.  Daha sonra qartal  Hirkan Milli Parkına təhvil verilib. Parkın mütəxəssisləri quşun güllə ilə vurulduğu və yarasının ağır olduğu barədə rəy çıxarıblar. O da məlum oldu ki, bu növ qartallar Lənkəran təbiəti üçün xarakterik deyil.
 
Qartal Hirkan Milli Parkında yaralı quş və heyvanlar üçün nəzərdə tutulmuş guşəyə yerləşdirilib. Ona lazımi tibbi yardımın göstəriləcəyi bildirilib./APA/
 


MediaFax