Yolu keçən qadını maşın vurdu

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
 
DİN-in saytının verdiyi məlumata görə, fevralın 10-da saat 22 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini Elvin Bağırov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən paytaxt sakini Əfruzə Xudiyevanı vurub. Xəstəxanaya yerləşdiriliən Ə. Xudiyeva orada ölüb.
 
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

MediaFax