Yola çınqıl dağıldı, maşınlar aşdı - Fotolar

Xaçmaz rayonu ərazisində yol qəzası baş verib.

Hadisə Xaçmaz-Quba yolunun 4-cü kilometrliyində qeydə alınıb. Yolda iki "VAZ-2106” markalı maşın yoldan çıxaraq aşıb.

Qəzalar nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, qəzalara səbəb yük maşınlarından yola dağılan çınqıl olub. Sürətlə hərəkət edən avtomobillər birdən çınqılın üzərinə çıxıblar və idarəetməni itirərək aşıblar./APA/
 



MediaFax