Yenidən prezident ola bilərdim - Obama

ABŞ prezidenti Barak Obama 2016-cı ildə ölkədə keçirilmiş prezident seçkilərinə qatılmaq hüququ olacağı təqdirdə qələbə qazanacağına əminliyini ifadə edib.

O, bu barədə CNN-ə müsahibəsində bildirib.

"Yenidən namizəd ola bilsəydim, əminəm ki, amerikalıların əksəriyyətini səfərbər edə bilərdim. Bütün ölkə üzrə insanlarla, hətta mənimlə razı olmayanlarla ünsiyyət qurmaqla onları irəlilədiyimiz istiqamətdə gəlməyə inandırardım" - B.Obama vurğulayıb.

B.Obama seçkiqabağı kampaniya zamanı Demokratlar Partiyasının əhalinin bəzi təbəqələrini görməzdən gəldiyini, nəticədə də Donald Trampın qələbə qazandığını bildirib.

"Bir çox insan seçkilərin nəticələrinin və D.Trampın qələbəsinin sadəcə, fantastika olduğunu düşünür" - ABŞ prezidenti diqqətə çatdırıb./report.az/

MediaFax