Yeni metro stansiyasının tikintisinə başlanılır

"Bakı Metropoliteni” QSC  Ağ şəhərdən keçməklə Şah İsmayıl Xətai metrostansiyasından Həzi Aslanov-2 stansiyasını birlşdirəcək xəttin tikintisinə start verib.

Bunu saytımıza açıqlamasında "Bakı Metropoliteni” QSC–nin mətbuat xidmətinin katibi Nəsimi Paşayev  deyib.

Onun sözlərinə görə, Ş.İ.Xətai və şərti olaraq adlandırılan  H.Aslanov xəttini birləşdirəcək üç stansiya tikilməsi nəzərdə tutulur: "Bu metro stansiyalar Nobel prospektində tikiləcək. Bunlardan biri Neft emalı zavodunun yanına, digər Ağ şəhərə, üçüncüsü isə H.Aslanov-2 olacaq. Artıq Neft Emalı zavodu qarşısında tikiləcək metrostansiyanın tikintisini hazırlıq işlər başlanılıb. Bu məqsədlə orada start dirəklərinin vurulmasına başlanılıb. Əgər işlər qaydasında gedərsə, yaxın 2-3 aya tikinti işlərinə başlanıla bilər”- deyə, N. Paşayev vurğulayıb./gununsesi.info/

MediaFax