Yeni internet televiziyası açıldı

Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası – "Cüdo TV” fəaliyyətə başlayıb.

Bu barədə saytımıza Azərbaycan Cüdo Federasiyasından məlumat veriblər.

"Cüdo TV”də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq. Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə proqram efirə veriləcək./gununsesi.info/

MediaFax