Yenə dəm qazı faciəsi...

Şabran rayonunda dəm qazından boğulma hadisəsi baş verib.

DİN-nin saytının verdiyi məlumata görə, yanvarın 19-da Şabran rayonunun Şahnəzərli kəndində yaşayan Sevinc Hüseynova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırma aparılır.

MediaFax