Yazıçımız beynəlxalq müsabiqənin diplomundan imtina etdi

Yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı beynəlxalq "Rodnoy dom” ("Doğma ev”) ədəbi müsabiqəsinin diplomundan imtina edib.
 
Bu barədə saytımıza yazıçının özü məlumat verib. 

Qeyd edək ki, müsabiqəyə ancaq rus dilində olmaq şərti ilə 200 müəllif 271  əsər təqdim edib. Qısa siyahıya düşən müəlliflər arasında Azərbaycandan Nəriman Əbdürrəhmanlı, Kamran Nəzirli, Nərmin Kamal, Məmmədəli Elşən də olub. Qısa siyahıya düşən müəlliflər avtomatik olaraq müsabiqənin diplomuna layiq görülürlər.

Nəriman Əbdürrəhmanlı sosial şəbəkədə müsabiqənin qalibi Kamran Nəzirlini təbrik edib./moderator.az/

MediaFax