Yay Olimpiya Oyunları Azərbaycanda keçirilə bilər

Azərbaycanın qarşıdan gələn 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsi gözlənilir.
 
Bu öz əksini "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb.

Layihənin "4.5.9. İdman siyasətinin əsas istiqamətləri” adlanan hissəsində bildirilir ki, - Azərbaycanda 2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı və sahib olmaq niyyətindədir.

Artıq "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” Milli Məclisə təqdim olunub./modern.az/

MediaFax