Yas məclisi aparan molla qəflətən vəfat etdi - FOTO

Bu gün Salyan rayonunun Kürkənd kəndində, yaşadığı evin qonşuluğunda keçirilən yas məclisini idarə edərkən 81 yaşlı molla Fitat Muradov dünyasını dəyişib.

Həmyerlilərinin virtualaz.org saytına verdikləri məlumata görə, Fitat Muradov yas mərasimlərinin məşhur mərsiyəxanı kimi tanınırdı.

Onun qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.


MediaFax