Yaralı gənc polisi aldatmaq istədi

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.
 
Bilgəh qəsəbəsinin Üzeyir Hacıbəyov küçəsində yaşayan 27 yaşlı Əli Əmrəli oğlu Cəlilov boğaz nahiyəsindən kəsilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyata götürülüb.

Həkimlər onun həyatını xilas edə biliblər. Hadisə barədə xəbər tutan Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar.

Yaralı özü xəsarəti üstünə şüşə düşməsi nəticəsində aldığını deyib. Lakin həkimlər xəsarətin forma və xüsusiyyətinə görə bıçaqlanma nəticəsində alındığını bildiriblər. Hadisənin hansı səbəbdən və şəraitdə baş verməsi aparılan araşdırmalar nəticəsində məlum olacaq./musavat.com/

MediaFax