Yaponiyanın baş naziri Putin gedəndən sonra nə dedi?

"Prezident Vladimir Pitinlə danışıqlar Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım olub”.

"Lenta.ru”nun məlumatına görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib. Onun sözlərinə görə, Putinin Yaponiyaya səfəri rus-yapon münasibətlərin yaxşılaşmasına yardımçı olub.

"Putinlə belə qənaətə gəldik ki, qarşılıqlı istək olduğu təqdirdə bir çox sahədə münasibətlərimizin inkişafı üçün geniş imkanlar var”.

V.Putin dekabrın 15-də Yaponiyada səfər edib. Bu, son 11 il bu Rusiya dövlət başçısının Yaponiyaya ilk səfəri olub. Rusiya prezidenti və Yaponiyanın hökumət başçısı iqtisadi əməkdaşlığı, o cümlədən mübahisə predmeti olan Cənub Kuril adalarında birgə təsərrüfat fəaliyyətini müzakirə ediblər./virtualaz.org/

MediaFax