Yağışların sonu gəlir - Proqnoz

Bakı və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 5-7° isti, gündüz  9-13° isti, Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. 
 
Nisbi rütubət  85-95 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

MediaFax