Yağıntıların kəsiləcəyi vaxt bilindi - Proqnoz

Bakı və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu yarımadada gecə  16-20° isti, gündüz  23-27° isti, Bakıda gecə  18-20° isti, gündüz  24-26° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi norma daxilində  760  mm  civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 55-65 % təşkil edəcək.          
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 15-19° isti, gündüz  24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz  13-18° isti olacağı gözlənilir.

MediaFax