Öldürüldüyü deyilən azyaşlı qızın anası danışdı - Yenilənib+Təfərrüat

12:29

Azərbaycanda dəhşətli qətl törədilib.
 
Abşeron rayon Polis İdarəsindən Averilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
 
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.
 
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./apa.az/
 
--------
15:12

Son məlumatlarda bildirilir ki, 6 yaşlı Ramilə Abdulxalıqovanı döyərək öldürən Elnur Hacıyev azyaşlının anası ilə qeyri-rəsmi nikahda olub./aznews.az/
 
--------
21:20
 
6yasli-qizin-anasiXırdalanda döyülərək öldürüldüyü deyilən 6 yaşlı qızın vəfatı ilə bağlı maraqlı detallar bəlli olub.

Hafta.az xəbər verir ki, 29 iyul tarixində hadisə baş verən zaman vəfat edən 6 yaşlı Ramilənin anası Samirə Yarıyeva evdə olmayıb. S.Yarıyeva bildirib ki, o, restoranda işlədiyindən həmin gün də qızı evdə tək olub. O da məlum olub ki, Ağsu rayonunun Kəlva kəndindən olan Samirə Yarıyevanın 4 övladı var. Ramilə onların ən kiçiyidir. İmkansızlıqdan digər övladlarını uşaq evinə verib.

Adı qətli törətməkdə hallandırılan Elnar Hacıyev Samirə Yarıyevanın kirayə yaşadığı ev sahibəsinin oğludur. O, ailəlidir və bir övladı da var.

Elnar Hacıyevin anası, evin sahibəsi Almaz Hacıyeva bildirib ki, həyətə sürüşkən kafel döşənib. Başqaları da dəfələrlə burada sürüşüb-yıxılıb. 29 iyul tarixində də, Ramilə həyətdə sürüşərək yıxılıb. Ona Elnar Hacıyev və Almaz Hacıyeva yardım etmək istəyiblər. Lakin sonradan uşağın vəziyyəti pisləşib. Onu taksi ilə xəstəxanaya aparan zaman yolda vəfat edib.

Almaz Hacıyeva qorxduqları üçün bu barədə polisə xəbər vermədiklərini deyir. Və oğlunun günahının da, ancaq hadisə barədə polisə xəbər verməməsi olduğunu bildirib.

Samirə Yarıyeva onu da bildirib ki, bu evdə yaşadığı müddətdə Almaz Hacıyeva və onun ailəsindən heç bir narazılığı olmayıb.

Hadisənin şahidləri prokurorluqda dindirilib, o cümlədən, Elnarın azyaşlı qızı da.

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda 6 yaşlı qızın ölüm faktı ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi”nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.



MediaFax