Xınalıq yolunda qar uçqunu: 8 kəndlə əlaqə kəsildi

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.
 
Uçqun magistralın 37-ci kilometrliyində baş verib.
 
Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. 
 
"Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

MediaFax