Xəzərdə gəmi yanıb - Yenilənib

15:59 
 
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.
 
FHN-nin saytının verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
 
------------
18:23 
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" hadisə ilə bağlı məlumat yayıb.
 
Məlumatda qeyd olunur ki, bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstülənmə müşahidə edilib. 

Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. 

MediaFax