Xəstənin köməyinə nazir gəldi

Moskvadan Nyu-Yorka uçan təyyarədə olan Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova halı pisləşən sərnişinə yardım edib.

Uçuş zamanı sərnişinlərdən birinin vəziyyəti pisləşib və ekipaj üzvləri göyərtədə həkimin olub-olmamasını soruşublar.

Veronika Skvortsova xəstəyə yaxınlaşıb və ilk tibbi yardım göstərib, lakin xəstənin durumunun ağır olduğunu nəzərə alaraq, təyyarəni Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında təcili yerə endirmək barədə qərar verilib.

Nazir Veronika Skvortsova sabah Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində təşkil olunacaq tibb sahəsinə aid tədbirdə çıxış etməlidir./virtualaz.org/

MediaFax