Xəndək qazırdı, sürprizlə qarşılaşdı - Fotolar

ABŞ-da həyətində qazıntı aparan kişi maraqlı hadisə ilə üzləşib.

Miçiqan ştatında yaşan fermer Ceyms Bristl yeni kanalizasiya çəkmək üçün xəndək qazmağa başlayıb və bu zaman qeyri-adi əşya aşkar edib. Bristl bu barədə paleontoloji muzeyini məlumatlandırıb. Araşdırmalar zamanı məlum olub ki, sümüklər nadir hesab edilən tüklü Kolumbiya mamontuna məxsusdur. Heyvanın təxminən 10-15 min il bundan əvvəl öldüyü güman edirlir. 

Yerli qanunlara görə, torpaqda yerləşən hər şey onun sahibinə məxsusdur və hazırda fermer sümükləri mağazasında saxlayır./qafqazinfo.az/
 



MediaFax