Xanım Klinton gücünü belə “göstərdi” - Video

ABŞ prezidentliyinə Demokratlar Partiyasının namizədi Hillari Klinton kütləvi informasiya vasitələrində sağlamlığı ilə bağlı yayılan şayiələrə qeyri-adi üsulla son qoymaq qərarına gəlib.
 
Cimmi Kimmelanın şou proqramında keçmiş dövlət katibi gücünü nümayiş etdirib.

O, əvvəlcə aparıcının sualına zarafatla yanaşıb, sonradan Kimmelə onun nəbzini yoxlamağı təklif edib ki, onun hələ yaşadığına əmin olsun. Kimmel onun biləyinə toxunub və gülümsəyərək deyib ki, heç nə hiss etmir.
 
Bundan sonra demokratların namizədinə gücünü göstərmək üçün qarşısına xiyar bankası qoyub. Klinton cəhd göstərərək onun qapağını açıb.
 
Xatırladaq ki, onun Respublikaçılar Partiyasından olan rəqibi Donald Tramp da xanım Klintonun İraq-Şam İslam Dövləti terror qruplaşması ilə mübarizə üçün kifayət qədər gücü olmadığını bəyan edib./modern.az/


MediaFax