Xalq artisti şəxsi həyatından danışdı

Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
 
Aktrisa "Sevilənlər” proqamında həyat yoldaşının ona böyük dəstək olduğunu deyib:
 
"Mən Afaq Bəşirqızıyam, amma məni Afaq Bəşirqızı edən həyat yoldaşım Əhməd olub. Üzük qaşı ilə tanınar, Əhməd üzüyümün qaşıdır. Mən onu həmişə dərdlərimə salmışam. İşlə bağlı problemlərimi, qayğılarımı ona danışmışam, mənə görə narahatlıq keçirib. Elə günlər olub, işə zəng eləyib ki, gec gələcəm, məni teatra gətirib, özü çöldə gözləyib. Biləndə ki, artıq yaxşıyam, məşqlərə başlamışam gedib. Uşağı da, nəvələri də çox istəyirəm, öz yerində, amma həyat yoldaşının yeri ayrıdır”.
 
O, gənclərə səslənərək, həyat yoldaşı seçərkən diqqətli olmağa, maşınlı oğlanları deyil, onlara dəyər verə biləcək kasıb, amma mərd oğlanlara üstünlük vermələrini tövsiyə edib./publika.az/

MediaFax