Votsapın yenilənməsi narazılıq yaratdı

Votsapın dünənki son yeniləməsindən sonra istifadəçilər bu yeniləməni necə aradan qaldırmaq sualına cavab axtarırlar.

Son yeniləmədən sonra Votsapda durum və şəxslər nişanının yeri dəyişilib. O cümlədən Votsapa "Hekayələr” özəlliyi də əlavə edilib ki, istifadəçilər gün ərzində nələrin baş verdiyini "əlaqələri” ilə bölüşə biləcək, bölüşdüyü yeniliklər isə 24 saat sonra avtomatik silinəcək.

Profil şəklinizin yanında + işarəsi olacaq. Bu işarəyə toxunaraq əlaqələrinizin yeniliklərini görə bilərsiniz. Eyni zamanda siz də orada fotolarınızı paylaşa bilərsiniz. Əlaqələrinizin paylaşdığı fotolara yazdığınız şərhlər isə mesaj kimi həmin şəxslərə gedəcək.

Sözügedən yeniliyə Votsap istifadəçiləri sərt reaksiya verib. İstifadəçilər Votsapın məsləhətləşmədən etdiyi bu yeniliyi yaxşı qarşılamayıb, yeniləmənin qarşısını necə almaqla bağlı maraqlanmağa başlayıblar.

Təəssüf ki, Votsapın yenilənməsi ləğv edilə bilmir./axar.az/

MediaFax