2016-cı ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub.
Vergilər Nazirliyi proqnoz tapşırığına 100,3 faiz əməl edib.
Amma ötən ilin müvafiq dövrü ilə müqayisə də vergi yığımlarında 214 milyon manat azalma var. Belə ki, ötən ilin yanvar-avqust aylarında bu xətt ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olmuşdu.
Maraqlıdır ki, ödənişlərdə azalmasına baxmayaraq, bu il ötən ilə nisbətən vergi ödəyicilərinin sayında artım var. Belə ki, hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb. Halbuki bu rəqəm 52 897 olub. Vergi ödəyicilərinin sayının artdığı dövrdə yığımların azalması maraq doğurur./gununsesi.info/
MediaFax