Vəkil Ruslan Süleymanov “Şakro Molodoy”un tərəfinə keçdi - Gözlənilməz olay

"Qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) cinayət işində zərərçəkən restoran sahibinin tərəfindən çıxış edən vəkillərdən biri gözlənilmədən mövqeyini dəyişib.

Vəkil bəyan edib ki, ortada qəsb olmayıb, söhbət ancaq real borcun qaytarılmasından gedir.

Vəkilin sözlərinə görə, əgər o və Şakronun müdafiəçiləri istintaqı inandıra bilsələr o zaman digər iki zərərçəkən ən yüksək profilli cinayət işi təhlükəsi altında düşəcək.

Qeyd edək ki, mövqeyini dəyişən vəkil Ruslan Süleymanov Eduard Budançevin rəhbəri olduğu "Diktatura zakona” vəkillər bürosunun üzvüdür. 

Qısa xatırlatma edək ki, Eduard Budançev özü də insident baş verən gün maraqlarını qoruduğu restoran sahibi Janna Kimin yanında olub. Həmin gün Şakronun adamları guya görülən təmir işləri qarşılığında ödənilməli olan 8 milyon rubl pulu almaq üçün restorana gəliblər. Lakin tərəflər arasında gərginlik yaranıb və vəkil Budançev özü Şakronun adamlarına atəş açıb, nəticədə iki nəfər ölüb. Faktla bağlı Şakronun adamları qəsbkarlıq, vəkil Budançev isə adamöldürmə ittihamı ilə həbs edilib.

Son ana qədər üzvü olduğu büronun, Budançevin və restoran sahibinin maraqlarını müdafiə edən vəkil Ruslan Süleymanov gözlənilməz bəyanat yayıb və bildirib ki, əgər Budançev söhbətə qarışmasaydı, tərəflər pul məsələsini öz aralarında həll edəcəkdilər. Yaydığı bəyanatda isə qeyd edib ki, həmkarları ilə ayrı yolları seçməli olublar və bir zamanlar dostu olan Edik (Budançev) indi düşməninə çevrilib./qafqazinfo.az/

MediaFax