Uşaq televiziyasında rüsvayçı ifadə - Video

ANS TV-nin yerinə gecə saatlarında yayınlanan "Günəş TV”də hər kəsi təəcübləndirən tərcümə efirə verilib.
 
Bu barədə ilkin məlumatı tanınmış media eksperti Ələsgər Məmmədli öz Feysbuq səhifəsində paylaşıb:

"Öncəliklə oxucularımdan üzr istəyərək bunu yazıram.

KATV-də ANS TV-nin yerinə qoyulan Günəş TV- də uşaqlar üçün "Mən Yaramazam” cizgi filmi gedir. Obrazlardan birinin digərinə müraciətini Azərbaycan dilinə belə səsləndirirlər "İndi o sənin dalını dağıdacaq!”. MİLLİ(!) Teleradio Şurası ANS-i bağlayıb yerini bu quruma verdi ki, milli və mənəvi dəyərlərə qatqısı olsun. Bu ifadə ilə milli və mənəvi dəyərləri təbliğ edirlər?”

Həmin görüntüləri təqdim edirik:/politika.az/
 


MediaFax