Uşaq bağçasında yanğın - FHN məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün axşam saatlarında Qax rayonundakı uşaq bağçalarından birində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, rayonun Cəlayir kəndində İcra Hakimiyyətinə məxsus, ümumi sahəsi 252 m2 olan kürsülü birmərtəbəli, 7 otaqdan ibarət uşaq bağçasında yanğın nəticəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 50 m2 sahədə yanıb.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:28-də söndürülüb.

MediaFax