Uorlik həmsədrlikdən niyə gedib? - Özü açıqladı

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsindən istefa verməyim tamamilə şəxsi səbəblərlə bağlıdır. Mən ABŞ diplomatı kimi qiymətli karyera dövrü keçdim və 30 illik xidmətdən sonra özəl sektorda işləməyi düşünürəm”.

Bunu APA-ya müsahibəsində Minsk qrupunun amerikalı həmsədri vəzifəsində fəaliyyəti bu ilin sonunda başa çatacaq Ceyms Uorlik deyib.

O bildirib ki, müvəqqəti həmsədr yaxın gələcəkdə elan olunacaq. 

"Davamlı sülhə nail olmaq istiqamətində işləyən vasitəçilər kimi Minsk qrupu həmsədrlərinin rolu davam edəcək. Mən tamamilə əminəm ki, növbəti amerikalı həmsədr bu məqsədə nail olmaq istiqamətində işləməyə davam edəcək”.

MediaFax