Universitetdə dava düşdü - Nə baş verir?

Azərbaycan Dövlət İqtisad Universiteti tarixində belə hadisə yaşanmamışdı; Şəmsəddin Hacıyevin rektorluğu dövründə ali məktəbdə rüvşət olsa da, müəllimlərlə tələbələr əlbayaxa olmamışdı...

Ədalət Muradovun rəhbərliyi altında vəziyyəto o həddə çatıb ki müəllimlərlə tələbələr arasında hörmət itib. 

Məlum olduğu kimi, müəllimlər - Müslüm İbrahimov və Əhliman Zamanov IV kurs tələbələri ilə dalaşıb. Üç tələbə rektor Ədalət Muradovun əmrinə əsasən universitetdən qovulub.

Valideynlər bu qərarla barışmır və övladlarının ADİU-ya qısa bir müddətdə bərpa edilməsi üçün Prezident Adminstrasiyasına müraciət etməyə hazırlaşır. 

Onların fikrincə, övladları günahsızdır. Hadisə barədə artıq Respublika Prokurorluğu məlumatlıdır. Dekan Asiman Quliyev bir neçə dəfə prokurorluğa çağırılıb.

Fakt ondan ibarətdir ki, müəllimlər və tələbələr dalaşıblar və təhsil ocağı qladiator meydanına çevrilib. Ş.Hacıyevin dönəmində kifayət qədər neqativ hallar yaşanıb. 

Ümid olunur ki, Ə.Muradov ADİU-da nizam-intizam yaradacaq, rüşvətin kökünü kəsəcək. Görünən isə vəziyyətin pisliyə doğru dəyişməsidir. 

Əgər bir ali məktəbdə müəllimlər tələbələrlə dalaşırsa başqa nədən, hansı təhsil səviyyəsindən danışmaq olar? Müəllimin işi təhsil verməkdir, tələbənin də öyrənmək. Ancaq hansı vəziyyət yaranıb ki dalaşmalı olublar. Rektorluq isə məsələni ört-basdır etməyə çalışır. 

Onu da xatırlatmaq yerinə düşər ki, İqtisad Universitetində qış yığımına başlanıb. Semestr imtahanları üçün hazırlıq və danışıqlar başlanıb. 

Bu proses bir az erkən start götürsə də, məqsəd daha çevik olmaqdır. Hər semestrdə ADİU-da tələbələr soğan qabığı kimi soyulur. 

Bəziləri isə imitasiya xatirinə pulsuz imtahandan keçir. Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından sonra təhsil ocağı kifayət qədər geriləyib. 

Qarşı tərəfi dinləməyə hazırıq.../politika.az/

MediaFax