Ukraynanın analoqu olmayan hərbi texnikası - FOTO

Ukrayna dünyada analoqu olmayan minaatan zirehli avtomobilini təqdim edib.

Axar.az xəbər verir ki, Kiyevdə keçirilən Beynəlxalq Silah və Təhlükəsizlik elmi-texniki təlimində Ukrayna yeni hərbi vasitəsini nümayiş etdirib.
 
"Bu minaatan hərbi vasitənin nə Ukraynada, nə də Rusiyada analoqu var. MMK-nın əsas üstünlüyü onun portativliyidir. Belə ki, bu qurğu 30 saniyə ərzində aktiv vəziyyətdə olur və atəşdən 2-3 saniyə sonra avtomobil hərəkətə başlaya bilər", — bu sözləri minaatan qurğunun ideya müəllifi Vaxtanq Qaxeladze bildirib.

Onun sözlərinə görə, şəxsi proqram təminatı əsasında minaatan kompleksi hərəkət edir və operativ olaraq informasiyanı ötürür.



MediaFax