UEFA-nın yeni prezidenti Azərbaycana gəlir

UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək.

Səfərin məqsədi AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etməkdir. 

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək. UEFA rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib. 

Qeyd dək ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib./aznews.az/

MediaFax