Turqut Özalın qardaşı vəfat etdi

Qorqud Özal 87 yaşında dünyasını dəyişib.
 
Türkiyənin tanınmış siyasətçilərindən biri, sabiq nazir Q.Özal səhər saatlarında İstanbuldakı evində vəfat edib.

Mərhumun cənazəsi noyabrın 4-də torpağa tapşırılacaq.

Qeyd edək ki, Q.Özal Türkiyənin 8-ci Prezidenti Turqut Özalın qardaşıdır.

MediaFax