Türkmənistan prezidentini seçir - Yenilənib

10:16 
 
Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.
 
"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.
 
Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) saat 09.00-a seçici fəallığının 25,5 faiz olduğunu açıqlayıb.
 
Səsvermədə seçicilərin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək. Prezident postu uğrunda hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, 8 namizəd mübarizə aparır.
 
-----------
16:25 

Türkmənistanda keçirilən prezident seçkilərində seçici fəallığı 90 faizi keçib.
 
Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 16.00-a (Bakı vaxtı ilə 15.00) seçici fəallığının 90.80 faiz olduğunu açıqlayıb.
 
Səsvermə yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq. Türkmənistan  Seçki Məcəlləsinə əsasən MSK səsvermənin rəsmi nəticələrini 7 gün ərzində açıqlayacaq. Seçicilərinin səslərinin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək.
 
Qeyd edək ki, Türkmənistan prezidenti postuna hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov da daxil olmaqla, səkkiz namizəd mübarizə aparır./APA/
 
MediaFax