Türklərlə ruslar futbol oynayacaqlar

Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.
 
Türkiyənin "Posta” qəzetinin verdiyi xəbərə görə, yoldaşlıq görüşünün avqustun 31-də Antalyada keçirilməsi planlaşdırılır. Avqustun 9-da Rusiyaya yola düşəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putini matça dəvət edəcəyi gözlənilir. Yoldaşlıq görüşünün keçirilməsi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində önəmli addım kimi qiymətləndirilir./apa.az/

MediaFax