Türkiyədən yenə şəhid xəbəri gəldi

Türkiyənin Hakkari rayonunda PKK terrorçuları ilə atışmada iki əsgər şəhid olub, dördü yaralanıb.
 
"Milliyet"in verdiyi məlumata görə, atışmada 4 terrorçunun öldürüldüyü bildirilir.
 
Atışma bu gün yerli vaxtla saat 11 radələrində baş verib. Əməliyyat keçirən əsgərlər PKK terrorçuları ilə qarşılaşıb.
 
Atışmada yaralanan dörd əsgər xəstəxanaya yerləşdirilib.
 
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə təyyarə və helikopterlərin də iştirakı ilə əməliyyata başlanılıb./APA/ 

MediaFax