Türkiyədən şəhid xəbəri gəldi

PKK terror təşkilatı Türkiyədə terror aktı törədib.
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu gün Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum edilib və güclü partlayış baş verib.
 
Partlayışdan sonra bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.
 
X X X
 
Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum nəticəsində 6 əsgər şəhid olub.
 
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
 
Terror aktını PKK terror təşkilatı törədib. Partlayış nəticəsində aralarında mülki şəxslərin də olduğu 7 nəfər yaralanıb./APA/

MediaFax